Kiyevin tələb etdiyi silah həcmi çox böyükdür - NATO
Ukraynanın tələb etdiyi hərbi yardımın həcmi alyans ölkələrinin istehsal imkanlarını üstələyir.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
"Ukraynanın tələb etdiyi silah və sursatın həcmi çox böyükdür. İstifadə olunan silahların miqyası və həcmi bizim istehsal imkanlarını üstələyir", - o bildirib.