Mina basdırmaq istəyən ermənilərin qarşısı alındı
Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.