Hərbçilər terrorçuların pusqusuna düşdü: 167 ölü
Efiopiya hərbçiləri Somalinin Rab-Dhure şəhərində “Əş-Şəbab” terrorçularının pusqusuna düşüb.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, şiddətli döyüşlər zamanı 167 hərbçi öldürülüb.
Bildirilib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb.
Qeyd edilir ki, Somalinin Rab-Dhure şəhəri Efiopiya ilə sərhəddə yerləşir.