Belarus qonşu dövlətlərin həyatına qarışmaq niyyətində deyil.

BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz başqa ölkələrin həyatına qarışmaq üçün planlar cızmırıq. Sizə yalnız yaxşılıq, xoşbəxtlik və sülh arzulayırıq. Amma bu gün bu dünya o qədər kövrəkdir ki, hər hansı bir diqqətsiz hərəkət ağır və düzəlməz nəticələrə səbəb ola bilər. Torpaqlarımızın bir daha hərbi əməliyyatlar teatrına çevrilməsini və milyonlarla vətəndaşımızın yenidən məhv edilməsini istəməzdim”, - prezident bildirib.

Hindistanda sabiq deputat qızının toyuna 400 min nəfər çağırdı, aləm bir-birinə dəydi - Video Hindistanda sabiq deputat qızının toyuna 400 min nəfər çağırdı, aləm bir-birinə dəydi - Video