ABŞ və Çin rəsmiləri Ukraynanı müzakirə etdi
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, görüş zamanı Ukrayna və Tayvandakı vəziyyəti müzakirə edilib. Həmçinin təmasların davam etdirilməsi barədə razılığa gəliblər.