Birləşmiş Ştatlar Çinlə müharibədən qaçmaq üçün mümkün olan hər şeyi etməlidir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

“Biz Çinlə açıq silahlı münaqişədən qaçmaq üçün mümkün olan hər şeyi etməliyik”, - o bildirib.

Milli Birləşmiş Ştatların artıq iki böyük qlobal savaşda iştirak etdiyini xatırladıb.

General Birinci və İkinci Dünya Müharibələrini nəzərdə tutduğunu və ÇXR ilə belə bir münaqişənin baş verməməsinin zəruriliyini qeyd edib.