Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşəcək.

BUTA.TV xəbər verir ki, görüşün Nyu-York şəhərində fəaliyyət göstərən "Türk Evi"ndə baş tutması gözlənilir.

Ərdoğan İ.Maskla yanaşı, Amerikanın nəhəg şirkətlərinin investorları ilə də bir araya gələcək.

Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasınln 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfərə gedib.