Malıbəyli bulağı: ermənilər bunu da “xaçlayıb” - VİDEO
Malıbəyli kəndinin məşhur Navlı (Novlu) bulağının görüntüsü yayılıb.
BUTA.TV xəbər verir ki, görüntünü paylaşan politoloq Elxan Şahinoğlu vaxtilə bu bulağın hörgüsü üzərində ərəb əlifbası ilə yazılar olduğunu xatırladıb.
“Bulağın üstündə əski əlifba ilə yazılmış yazılar var idi, ermənilər işğal dövründə onları çıxarıb üstündə xaç işarələrini yerləşdiriblər, guya qədimdən var imiş”, - politoloq bildirib.
Xaç işarələrinin qədim hörgüsü ilə uyuşmadığı, yeni olduğu da videodan aydın görünür.
Qeyd edək ki, Elxan Şahinoğlu əslən Malıbəyli kəndindəndir.