"Polis orqanlarında çalışanların əməkhaqqının artırılmasına böyük ehtiyac var. Onların əməkhaqqı xidmətləri ilə adekvat deyil".

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib: "Bu məsələ qanun layihəsi şəklində tətbiq olunsun və müzakirələrdən sonra qəbul edək".