ABŞ silahlarının İsrailə tədarükü fasiləsiz olaraq davam etdiriləcək.

BUTA.TV xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 12 oktyabr tarixindən bəri ABŞ hərbi-nəqliyyat təyyarələri İsrailə beş uçuş həyata keçirib:

“Çox güman ki, siz İsrailə davamlı silah tədarükünə şahid olacaqsınız”.