Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar.

Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib:

“Bəli, təbii ki, baş nazir də bunu dedi”.