Bakıda xəstəxanada 43 yaşlı kişi özünü öldürdü
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda pasient intihar edib.
Bu barədə BUTA.TV-a daxil olan məlumatda bildirilir ki, 13 oktyabrda 43 yaşlı Namiq Məmmədşəfiyev kəsilmiş yaralarla xəstəxanaya daxil olub. Qısa müddətdən sonra isə o, xəstəxananın 3-cü mərtəbəsindən özünü ataraq, həyatına qəsd edib.
Onun həyatına qəsdetmə səbəbləri bəlli deyil, hadisə haqda hüquq-mühafizə orqanları da rəsmi açıqlama yaymayıb.
Məlumatla bağlı Baş Prokurorluğa sorğu göndərilib.