Ermənilərin Qarabağdan köçü zamanı Xankəndidəki məhbuslar azadlığa buraxılıb.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Məhbusların Ermənistandakı cəzaçəkmə müəssisələrinə köçürülməsini təmin etmək üçün maşın tapılmayıb, buna görə də onlar sərbəst buraxılıb. Ermənistan hüquq-mühafizə orqanları onların harada olmasına dair məlumatlarının olmadığını deyiblər.

Onların Azərbaycan Ordusunun antiterror tədbirlərindən sonra həbsdən qurtulduqları qeyd edilir.