Bu sərhədlərdə Fələstin dövləti yaradılmalıdır - Misir
İsrail və fələstinlilər danışıqlar masasına qayıtmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Misir xarici işlər naziri Samih Şükri BMT Baş katibi Antonio Quterreşlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin yaradılması labüddür.