İsrail ordusunun Qəzzaya quru əməliyyatı təxirə salınıb.

BUTA.TV xəbər verir ki, bubarədə “Voll Strit Jurnal”ı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qoşunlarını qorumaq üçün Yaxın Şərqə təxminən 10 hava hücumundan müdafiə sistemi (HHM) yerləşdirmək niyyətindədir.

İsrail hökuməti də ABŞ-nin bu sistemləri yerləşdirməsini gözləməyə razılaşıb və buna görə əməliyyatı təxirə salıb.

Məlumata görə, əlavə HHM sistemlərinin yerləşdirilməsinin artıq bu həftə başa çatdırılması gözlənilir.