Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, VAZ-2107 və “Mersedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir.

Fakt araşdırılır.