Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Milli Hidrometeorologiya Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.