İsrail ordusu HƏMAS-ın komandirlərindən olan Əhməd Siami öldürüb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

O, qruplaşmanın "Nasir Radvan" qolunun komandiri idi.

Xatırladaq ki, bu il oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirib ki, HƏMAS məhv olanadək müharibə davam edəcək.