45 il ərzində ilk dəfə İran və Misir prezidentləri bir araya gəlib.

BUTA.TV xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi ilə misirli həmkarı Əbdülfəttah Sisi arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçirilib.

Qəzza hadisələrinin gündəmdə olduğu görüşdə prezidentlər İran və Misir arasında əlaqələrin genişləndirilməsinin zəruriliyindən söz açıblar.

Qeyd edək ki, sonuncu dəfə iki ölkə lideri 1979-cu ildə görüşüb.