Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında görüş keçirilib.

BUTA.TV xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

Liderlər Qəzza zolağındakı vəziyyəti gündəmə gətiriblər.

Ərdoğan İsrailin Qəzzada günahsız dinc sakinlərə qarşı zorakılığın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının vacibliyini qeyd edib.