ABŞ-ın İraqdakı hərbi bazasına hücum edildi
İraqın qərbində yerləşən Ənbar əyalətindəki ABŞ-ın Eyn əl-Əsəd hərbi bazasına hücum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
Məlumata görə, baza minaatanlardan atəşə tutulub.
Hələlik dəyən ziyan və hücumu kimin həyata keçirməsi barədə məlumat yoxdur.