Rusiyadan Finlandiyaya velo-səyahət qadağan olundu
Rusiyadan Finlandiyaya velosipedlə vətəndaşların daxil olması qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Vaalimaa" keçid məntəqəsinin sərhəd mühafizəsinin növbətçi zabiti "RİA Novosti"yə bildirib.
O, qadağanın noyabrın 9-dan tətbiq olunduğunu söyləyib.
Qadağanın tətbiqi Finlandiyanın cənub-şərqində Rusiya vətəndaşlarının axınının çoxluğu ilə əlaqələndirilib.