ÇAXAL qaçqın düşərgəsinə girdi: Döyüşlər gedir
İsrail ordusu Qəzzanın şimal-şərqindəki Beyt Hanun şəhəri yaxınlığındakı Əl-Şati qaçqın düşərgəsinə daxil olaraq radikallarla döyüşür.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Son 24 saat ərzində İsrail əsgərləri Əl-Şati düşərgəsində hərəkətə başlayıb. Hərbçilər əməliyyat tədbirləri zamanı çoxlu sayda terrorçunu məhv edib, ərazidə çoxlu sayda terror infrastrukturu aşkar ediblər”, - məlumatda qeyd olunub.