Ukraynanın AB-yə qəbulu bütün Avropanın təhlükəsizliyinə təhlükədir.

BUTA.TV xəbər verir ki, bunu Macarıstanın hakim FİDES – Macar Vətəndaş İttifaqı Partiyasının rəsmisi İştvan Holik deyib.

“Hətta müharibə şəraitində olan Ukrayna ilə üzvlük danışıqlarının başlaması da qəbuledilməzdir. Bu, bütün Avropa üçün təhlükəsizliyə təhdiddir. Üstəlik, Ukraynanın üzvlüyü AB-nin üzərinə onsuz da zəif olan Avropa iqtisadiyyatının dözə bilmədiyi maliyyə yükü qoyacaq”, - Holik bildirib.