Fransa 6-cı Paris Sülh Konsransı keçirdiyi gün Ermənistana silahlar göndərdi.

BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Bu da Parisin sülhə verdiyi “töhvə”, - millət vəkili bildirib.

Qeyd edək ki, 10 noyabr gecəsi Gürcüstanın Poti limanında Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb. Hərbi texnika Gürcüstandan keçərək Ermənistana tərəf istiqamətlənib.