Prezidentdən baş nazirlə bağlı gözlənilməz qərar
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun baş nazir Aymen Benabderahmneni istefaya göndərib.
BUTA.TV AP-yə istinadən xəbər verir ki, sözügedən posta prezident kabinetinin rəhbəri, Tebbunun müttəfiqi sayılan Məhəmməd Labaui gətirilib.
Bildirilib ki, Benabderahmnenin işdən kənarlaşdırılması Tebbun vəzifəyə gəldikdən üç il sonra baş verib.
Qeyd edilir ki, Tebbun üçün baş nazir dəyişikliyi iqtisadi qeyri-müəyyənlik dövründə və prezident seçkiləri ərəfəsində baş verib.