İran HHM sistemlərini yenilədi – Məsumi
İran yeni təhdidlərlə bağlı hava hücumundan müdafiə sistemini yeniləyib.
BUTA.TV xəbər verir ki, bunu İran Hava Hücumundan Müdafiə Qüvvələrinin şimal-şərq zonasının komandanı, briqada generalı Məhəmmədrza Məsumi deyib.
“İranın hava hücumundan müdafiə sistemi istənilən təhlükəni aşkar edə bilir. Əgər aerokosmik təhdidlər sürətlə artırsa, o zaman ölkədə müdafiə texnologiyası da eyni sürətlə inkişaf edir. İranın hərbi tərəqqisi yalnız çəkindirməyə yönəlib və qonşuları üçün təhlükə yaratmır”, - Məsumi bildirib.