ABŞ-ın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaxın Şərq regionuna uçuş həyata keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

"Son 8 gündə 3-cü dəfə “B-1B Lancers” Mərkəzi Komandanlığın məsuliyyət zonasında missiyasını yerinə yetirib", - qeyd edilib.

Bildirilib ki, oktyabrın ortalarında ABŞ Böyük Britaniyadakı “Fairford” aviabazasına dörd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi göndərib.

O vaxtdan bəri onlar artıq Avropa, Afrika və Yaxın Şərq üzərində bir sıra uçuşlar həyata keçiriblər.

Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində nə danışıb? Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində nə danışıb?