İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Tulkarm qaçqın düşərgəsində Fələstinin keçmiş lideri və Fələstin Azadlıq Təşkilatının keçmiş rəhbəri Yasir Ərəfatın təsviri olan tikililəri sökməyə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.

“Hərbçilər Yasir Ərəfatın Tulkarm qaçqın düşərgəsinin girişindəki abidələrini sökmək üçün buldozerlərdən istifadə edir”, - nəşr yazır.

Qeyd olunur ki, söküntünün səbəbləri hələlik açıqlanmayıb.