İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı başlayandan bəri mindən çox fələstinli döyüşçünü öldürüb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun 162-ci diviziyasının komandiri podpolkovnik İtzik Koen deyib.

“Müharibənin əvvəlindən ordu qüvvələri, o cümlədən 162-ci diviziya HƏMAS mərkəzlərini və uzun illər ərzində yaradılmış imkanlarını məhv edib. Quru əməliyyatı başlayandan bəri diviziya qüvvələri 1000-dən çox terrorçunu zərərsizləşdirib”, - deyə o bildirib.