Blinken ATƏT Nazirlər Şurasının Skopye görüşündən qaçıb, çünki konkret faktlarla səmimi söhbətdən qorxur.

BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Məncə, onlar qorxaqdırlar”, - o bildirib.

Qeyd edək ki, Blinken hələ rusiyalı nazir Skopyeyə gəlməmişdən əvvəl Makedoniyadan Yaxın Şərqə səfərə gedib.