Çinin Dehonq Dai Tsinpo muxtar prefekturasının Manşi şəhərində (Yunnan əyaləti, Çinin cənub-qərbi) 5 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar əyalətin bir çox bölgəsində, o cümlədən Lintsanq və Baoşan dairələrində və Dali Bay Muxtar Prefekturasında güclü hiss olunub.

Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi olan Kunminq şəhərindən 476 km aralıda yerləşib.

Bakıda sürətlə yayılan Çin avtomobilinə QADAĞA: sürücüləri nə gözləyir? Bakıda sürətlə yayılan Çin avtomobilinə QADAĞA: sürücüləri nə gözləyir?