UEFA-dan Rusiya millisinə daha bir zərbə
Rusiyanın futbol üzrə millisi növbəti dəfə Millətlər Liqasından kənar qalıb.
BUTA.TV xəbər verir ki, UEFA Rusiya millisini Millətlər Liqasının püşkatmasına daxil etməyib.
Qeyd edək ki, Ukrayna ilə müharibəyə başladıqdan sonra FİFA və UEFA Rusiya yığmasını və ölkənin klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb.