Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Universitetin Nizamnaməsi təsdiq olunub.

Nazirlik qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Universitetin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Xalq artistinin oğlu məmurluğu seçib - “Ağadadaş bir dənə olar” Xalq artistinin oğlu məmurluğu seçib - “Ağadadaş bir dənə olar”