Almaniya Ukraynaya yeni silah partiyasını təhvil verib.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, yeni silah partiyasına Luna NG kəşfiyyat sistemi, 10 VEKTOR kəşfiyyat PUA-sı, 1750 ədəd 155 mm-lik mərmi, 70 MQV avtomatik qumbaraatan, 6 patrul maşını, 8 Zetros yük maşını və 100 min hərbi ilk yardım dəsti daxildir.