İranın “Məcid” raketləri ilə təchiz edilmiş “Karrar” PUA-ları hava hücumundan müdafiə qüvvələrinin inventarına daxil edilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyi və HHM qüvvələrinin birgə məhsulu olan “Karrar” PUA-sı üçün düşmən təyyarəsinin tutulması və məhv edilməsi qırıcıdan xeyli aşağı xərc tələb edir.

“Məcid” raketi isə həm videogörüntülərdən, həm də termal görüntüləmə məlumatlarından istifadə edərək hədəfi tutur və təqib edir.