Rus ordusu bütün cəbhə boyu hücuma keçir - Sırski
Rusiya ordusu bütün cəbhə boyu hücum əməliyyatlarını davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski Telegram kanalında məlumat verib.
Generalın sözlərinə görə, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır və Rusiya qoşunları bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını dayandırmır.