Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.

BUTA.TV xəbər verir ki, Qusarda sərnişin daşıyan mikroavtobus Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.