Bayramov ukraynalı həmkarı ilə görüşdü - Foto
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Aparıcının öldüyü qəzada avtomobil bu hala düşüb - Video