Qəzzada girovların azad edilməsi ilə bağlı yeni razılaşmanı nəzərdən keçirə bilərik.

BUTA.TV xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qalant deyib.

“Girovlarla bağlı yeni razılaşmalar barədə təkliflər olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, bundan öncə İsrail və HƏMAS arasında humanitar razılaşmaya əsasən qarşılıqlı olaraq girovlar azad edilmişdi.