Ukrayna Silahlı Qüvvələri Avdeyev rayonu istiqamətində Rusiya qoşunlarının doqquz, Tonenke, Pervomayski və Nevelski istiqamətlərində isə 13 hücumunu dəf edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, gün ərzində 92 döyüş toqquşması baş verib:

“Ukraynanın şərq və cənubunda vəziyyət ağır olaraq qalır”.