ABŞ Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qallantla birgə mətbuat konfransında deyib.

“Bu hücumlar (Qırmızı dənizdə gəmilərə qarşı – red.) ehtiyatsız və təhlükəlidir, beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq”, - Ostin qeyd edib.