Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub.

BUTA.TV xəbər verir ki, təyinatlarla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmrlər imzalayıb.

Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini isə Günay Rasim qızı Mahmudovaya həvalə edilib.