Rusiya donanması döyüşə hazır vəziyyətdədir - Yevmenov
Rusiyanın bütün hərbi donanmaları döyüş hazırlığı vəziyyətindədir
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenov deyib.
Onun sözlərinə görə, donanmaların döyüşə hazırlığı nəzarət yoxlamaları və silahlardan istifadə etməklə keçirilən təlimlərlə yoxlanılıb.
Yevmenov qeyd edib ki, ilin əvvəlində Hərbi Dəniz Qüvvələrinə daha bir buzqıran gəminin, həmçinin çoxfunksiyalı gəmilərin və təchizat gəmilərinin qəbulu planlaşdırılır.