HƏMAS varsa, atəşkəs mümkün deyil - Kemeron
HƏMAS olduğu müddətcə, Qəzza zolağında atəşkəs və tərəflər arasında münaqişənin həlli mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Britaniya xarci işlər naziri Devid Kemeron deyib.
“Atəşkəs olması HƏMAS-ın davam etməsi ilə nəticələnəcək və 7 oktyabr kimi hücumların təkrarlanmasına gətirib çıxaracaq. Buna görə də dərhal atəşkəs və münaqişənin iki dövlətli həlli ola bilməz”, - Kemeron bildirib.