ABŞ-dan İsrailə: HƏMAS-ı daha dəqiq vur!
İsrail HƏMAS və onun rəhbərliyinə qarşı daha dəqiq zərbələr endirməlidir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris deyib.
“Bizim mövqeyimiz həmişə belə olub ki, İsrail özünü müdafiə etmək hüququna malikdir. Amma bunun necə baş verməsi vacibdir. Qəzza zolağında çoxlu sayda günahsız fələstinli ÇAXAL-ın radikal qrupa qarşı mübarizə taktikası ucbatından əziyyət çəkir”, - Harris bildirib.