AB Ukraynaya bunun üçün 150 milyon ayırdı
Ukrayna Avropa Birliyindən infrastruktur obyektlərinin bərpası üçün daha 150 milyon avro alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti bildirib.
"Qrant maliyyələşdirilməsi mühüm obyektlərin, xüsusən də nəqliyyat infrastrukturunun, kommunal və xidmət sahələrinin, sosial obyektlərin bərpası üçün prioritet tədbirlərin həyata keçirilməsinə kömək edəcək", - Nazirlər Kabinetinin məlumatında bildirilib.