Nazir şöbə müdirini işdən çıxardı
Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri Nadim Babayev vəzifəsindən azad edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.