Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak qəsəbəsindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir.

Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.