"Şaxta Baba" 24-cü mərtəbədən yıxılaraq öldü - Video
Rusiyanın Çelyabinsk şəhərində “Şaxta Baba” kostyumundakı alpinist 24-cü mərtəbədən yıxılaraq ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə 112 Teleqram kanalı məlumat yayıb.
Faciə Lesoparkovaya küçəsində çoxsaylı hadisə şahidlərinin gözü qarşısında baş verib.
Belə ki, ölən şəxsin 25 yaşı olub. O, mənzilə qalxaraq qəfil uşaqların qarşısında peyda olmaq istəyib. Lakin ilkin ehtimallara görə, kəndirləri səhv salıb və nəticədə yerə düşüb.
Faktla bağlı araşdırma aparılır.